Avtobusa siqaret üstündə başlayan mübahisə dava ilə nəticələnib – VİDEO

Dəvərzikən şəhərində marşrut avtobusunda baş verən dava hadisəsi ictimaiyyətdə müzakirələrə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, iddialara görə, avtobusda siqaret çəkən qadını başqa bir qadın sərnişin narahatlığını bildirmək qərarı verirərək xəbərdarlıq edib.
Xəbərdarlığa qarşı tərəfin söyüşlə cavab verməsi vəziyyəti daha da gərginləşdirib. Bundan sonra xəbərdarlıq edən qadın digər sərnişinə hücum edərək onu yumruqlamağa başlayıb. Şahidlərin sözlərinə görə, qadın zərbələr endirərkən “Heç kim namusuma söz deyə bilməz. Tez üzr istə!” ifadələrini səsləndirib.
Hadisə zamanı sürücünün nəqliyyat vasitəsini dayandırmadan hərəkətə davam etməsi və digər sərnişinlərin davaya müdaxilə etməməsi diqqət çəkən əsas məqam olub.
Hadisə ilə bağlı rəsmi qurumların araşdırma aparıb-aparmadığı hələlik məlum deyil.
Video ucun menbeyey baxin: https://sonxeber.az/389167/siqaret-ustunde-baslayan-mubahise-dava-ile-bitdi-video
Mənbə: https://sonxeber.az/389167/siqaret-ustunde-baslayan-mubahise-dava-ile-bitdi-video



