Aşıq Əhliman sağalır: Səhnəyə nə vaxt qayıdacaq? (AÇIQLAMA) - Admenasi
Sosial

Aşıq Əhliman sağalır: Səhnəyə nə vaxt qayıdacaq? (AÇIQLAMA)

“Aşıq Əhlimanın səhhətində irəliləyiş var”.

Bu barədə Qaynarinfo-ya aşığın həyat yoldaşı Aybəniz Rəhimova bildirib.

O qeyd edib ki, Əhliman Rəhimovun nitqi bərpa olunub:

“Müalicəsi başa çatıb. Amma elə dərmanlar var ki, onları il boyu qəbul etmək lazımdır. Hazırda yalnız həmin dərmanları qəbul edir. Aşıqlar Birliyinə gedib-gəlir, dostları ilə görüşür”.

Aybəniz Rəhimova əlavə edib ki, Aşıq Əhlimana bir çox tədbirlərdən dəvət gəlir:

“Amma baxıram ki, həvəsi yoxdur, dəvətlərin bəzilərini qəbul etmir. Cavanlığındakı kimi bu tədbirdən o tədbirə gedə bilməz. Əsas odur ki, sağlamlığına qovuşub”.

Qeyd edək ki, bir neçə il əvvəl Aşıq Əhliman insult keçirmişdi. Ardınca isə aşıq ürək əməliyyatı olunub.

Mənbə: https://sonxeber.az/389150/asiq-ehliman-sagalir-sehneye-ne-vaxt-qayidacaq-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button