İsrail ordusu Livanda "Hizbullah"a zərbələr endirir: 31 nəfər ölüb, xeyli yaralı var - FOTO - Admenasi
Dunyada

İsrail ordusu Livanda “Hizbullah”a zərbələr endirir: 31 nəfər ölüb, xeyli yaralı var – FOTO

İsrail ordusu Livana qarşı yeni hücumlara başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hədəflər Livanın bir neçə rayonunda yerləşən “Hizbullah” hərəkatının obyektləri, o cümlədən silah anbarları və digər hərbi infrastrukturlardır.

Yerli medianın yaydığı məlumatlara görə, İsrailin Livana hava hücumları zamanı azı 31 nəfər ölüb, 149 nəfər yaralanıb.

İsrailin Beyrutun cənubuna endirdiyi hava zərbələri zamanı “Müqavimətə sədaqət” parlament fraksiyasının sədri Məhəmməd Raad öldürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə “Əl-Hadath” telekanalı məlumat yayıb. Məlumata görə, bu fraksiya “Hizbullah” hərəkatını təmsil edir.

Ümumilikdə, İsrailin hava hücumu nəticəsində Livanın cənubundakı silahlı qrupların əsas komandiri də daxil olmaqla ən azı 10 nəfər ölüb.

Mənbə: https://sonxeber.az/389147/israil-ordusu-livanda-hizbullaha-zerbeler-endirir-azi-31-nefer-olub-xeyli-yarali-var-foto

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button