Dövlət ehtiyacları üçün torpağın alınmasına əsas verən hallar genişləndirilməsi qəbul edilib - Admenasi
Sosial

Dövlət ehtiyacları üçün torpağın alınmasına əsas verən hallar genişləndirilməsi qəbul edilib

“Report” xəbər verir ki, dövlət ehtiyacları üçün torpağın alınmasına əsas verən halların sayının artırılması Mülki Məcəlləyə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna təklif edilən dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Qanun layihəsinə əsasən, bundan sonra dəniz və hava limanlarının (aeroportların), aerodromların ərazisinin genişləndirilməsi və yaxud bu tipli yeni obyektlərin inşası məqsədi ilə torpaq alınacaq.

Yenilik beynəlxalq aviasiya təşkilatlarının hava limanına dair tələblərinin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması (genişləndirilməsi), yeni uçuş-enmə zolaqlarının tikilməsi, uçuş-enmə zolaqlarının genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti ortaya çıxır. Lakin, sadalanan məqsədlər üçün torpaqların alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda öz əksini tapmaması torpaq üzərində mülkiyyət münasibətlərinin tənzimlənməsində və genişləndirmə və tikinti işlərinin operativ şəkildə icrasında çətinliklər yaradır.

Yeni qanun hava limanlarının tikintisi və ərazisinin genişləndirilməsi zamanı torpaq sahəsinin daha çevik alınmasına, bu sahədə yaranan mübahisələrin operativ həllinə xidmət edəcək.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.

Mənbə: https://sonxeber.az/389106/dovlet-ehtiyaclari-ucun-torpagin-alinmasina-esas-veren-hallarin-genislendirilmesi-qebul-edilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button