İstehlak səbətinin miqdarına və tərkibinə dəyişiklik ola bilər

Azərbaycanda minimum istehlak səbətinin tərkibinə və miqdarına yenidən baxılması təklif olunur.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə yer alıb.
Həmçinin Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” internet xidmətlərindən istifadə haqqının mövcud internet tarifləri nəzərə alınmaqla (saatlıq tariflərin olmaması nəzərə alınmaqla) yenidən müəyyənləşdirilməsi və həmin qərara müvafiq dəyişikliklər edilməsi təklif olunur.
Mənbə: https://sonxeber.az/389104/istehlak-sebetinin-miqdarina-ve-terkibine-deyisiklik-ola-biler



