Pol Yonson: Müharibə təhlükəsi halında İsveçdə nüvə silahının yerləşdirilməsi mümkünlüyünü istisna etmirik - Admenasi
Dunyada

Pol Yonson: Müharibə təhlükəsi halında İsveçdə nüvə silahının yerləşdirilməsi mümkünlüyünü istisna etmirik

İsveçin müdafiə naziri Pol Yonson müharibə təhlükəsi olduğu halda ölkə ərazisində nüvə silahının yerləşdirilməsi ehtimalını istisna etmir.

Bu barədə “Report” SVT-yə istinadən xəbər verir.

“Əgər müharibə başlayasa, əlbəttə ki, İsveçin mövcudluğunu və təhlükəsizliyini təmin edə biləcək hər şeyə açıq olacağıq”, – o bildirib.

İsveç NATO üzvü olaraq sülh dövründə öz ərazisində nüvə silahının yerləşdirilməməsi barədə razılaşmaya malikdir. Lakin müharibə dövründə baş verənlərlə bağlı analoji razılaşma yoxdur.

Mənbə: https://sonxeber.az/389101/pol-yonson-muharibe-tehlukesi-halinda-isvecde-nuve-silahinin-yerlesdirilmesi-mumkunluyunu-istisna-etmirik

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button