Pakistanın informasiya naziri: “352 əfqan hərbçi öldürülüb”

Pakistanın informasiya və yayım naziri Attaullah Tarar bildirib ki, Pakistan silahlı qüvvələri ilə toqquşmalar zamanı azı 352 əfqan hərbçi öldürülüb, 535-dən çoxu isə yaralanıb.
Oxu.Az xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Pakistan ordusu qonşu ölkə ərazisində 41 obyektə aviazərbə endirib, 130 əfqan blokpostunu məhv edib, daha 26-sını isə nəzarətə götürüb. Həmçinin qarşı tərəfə məxsus 171-dən çox zirehli texnikanın sıradan çıxarıldığı bildirilib.
Fevralın 26-sı axşam saatlarında Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabul son günlər Pakistanın Əfqanıstan ərazisinə endirdiyi hava zərbələrinə cavab olaraq hərbi əməliyyatlara başladığını açıqlayıb.
Əfqanıstan Müdafiə Nazirliyi fevralın 27-si səhər saatlarında əməliyyatın başa çatdığını bildirərək 55 pakistanlı hərbçinin öldürüldüyünü, iki hərbi bazanın və 19 sərhəd postunun ələ keçirildiyini bəyan edib. İslamabad isə döyüşlərin davam etdiyini iddia edir.
Mənbə: https://sonxeber.az/389099/pakistanin-informasiya-naziri-352-efqan-herbci-oldurulub



