Jorj Mikautadze La Liqada fevralın ən yaxşı futbolçusu seçilib - Admenasi
Idman

Jorj Mikautadze La Liqada fevralın ən yaxşı futbolçusu seçilib

Gürcüstanlı hücumçu Jorj Mikautadze çıxış etdiyi “Vilyarreal” klubunun heyətində La Liqada fevralın ən yaxşı futbolçusu seçilib.

“Report” xəbər verir ki, o, bu ay İspaniya çempionatında “Espanyol”, “Xetafe”, “Levante” və “Valensiya” komandalarına qarşı mübarizə aparıb.

“Espanyol”la görüşdə o, bir qol vurub və bir məhsuldar ötürmə edib. Növbəti iki qarşılaşmada da fərqlənib. Yalnız “Valensiya” ilə matçda məhsuldar göstərici ilə yadda qalmayıb.

Bu müddətdə Mikautadzenin komandası üç qələbə qazanıb və bir dəfə məğlub olub.

Mənbə: https://sonxeber.az/389005/jorj-mikautadze-la-liqada-fevralin-en-yaxsi-futbolcusu-secilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button