Azərbaycanda əhali sayına görə ən az həkimi olan rayonlar AÇIQLANDI - Admenasi
Sosial

Azərbaycanda əhali sayına görə ən az həkimi olan rayonlar AÇIQLANDI

Oxu.Az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı belə deyib: “Azərbaycanda regionlar üzrə həkimlərin sayının əhalinin sayına uyğun olmaması səhiyyə xidmətlərinə eyni səviyyədə əlçatanlığın təmin edilməsində əsas çətinliklərdən biridir”.

Əhalinin hər 10 min nəfərinə düşən həkim sayına görə ən zəif rayonlar açıqlandı. Belə ki, 2025-ci ilin əvvəlinə qədər Bakı şəhəri üzrə 101.7, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 24.5, Naxçıvan iqtisadi rayonu üzrə 14.9, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 13.0, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 10.8, Lənkəran-Astara iqtisadi rayonu üzrə 9.7, Mil-Muğan iqtisadi rayonu üzrə 8.6 nəfər təşkil edir. Xüsusilə də Daşkəsən, Gədəbəy, Ucar, Zərdab, Yardımlı və Lerik rayonlarında həkimlərin sayının əhali sayına nisbətdə olduqca az olması və ixtisaslı kadr çatışmazlığı narahatlıq doğurur.

Bu vəziyyət “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsbit olunmuş tibbi-sosial Yardımın hamı üçün mümkünlüyü prinsipinin, habelə vətəndaşların keyfiyyətli və bərabər tibbi yardım almaq hüququnun həyata keçirilməsini çətinləşdirən əsas amillərdəndir”, – deyə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri qeyd edib.

Mənbə: https://sonxeber.az/389004/azerbaycanda-ehali-sayina-gore-en-az-hekimi-olan-rayonlar-aciqlandi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button