Dunyada
Böyük Britaniyanın sabiq baş naziri Zelenskinin müşaviri oldu

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın sabiq baş naziri Rişi Sunakı öz müşaviri təyin edib.
Oxu.Az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Məlumata görə, Rişi Sunak Ukrayna hökumətinə iqtisadiyyatın bərpası məsələləri üzrə məsləhətlər verir.
Bildirilir ki, sabiq baş nazir məsləhətləri ödənişsiz əsasda təqdim edəcək. Onun daxil olduğu beynəlxalq qrupun məqsədi Ukraynanın müdafiə sahəsinə investisiyaların cəlb edilməsinə və ölkənin enerji dayanıqlığının gücləndirilməsinə dəstək verməkdir.
Mənbə: https://sonxeber.az/388982/boyuk-britaniyanin-sabiq-bas-naziri-zelenskinin-musaviri-oldu



