NETANYAHUYA XAMENEİNIN CƏSƏDİNİN ƏKS OLnDUGU VİDEO GÖSTƏRİLDİ – YENİLƏNİB

İsrailin Baş naziri Benyamin Netanyahuya İranın ali lideri Əli Xameneinin cəsədinin əks olunduğu video göstərilib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin “9-cu kanal”ı özünün “Telegram”ında məlumat yayıb.
“Baş nazirə Xameneinin cəsədinin göründüyü videogörüntü təqdim olunub”, – deyə paylaşımda bildirilir.
Daha əvvəl “Reuters” agentliyi israilli rəsmi şəxsə istinadən Xameneinin həlak olması barədə xəbər yayıb. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Bundan əvvəl Netanyahu Xameneinin iqamətgahının dağıdıldığını və İranın ali liderinin həlak olmasına dair çoxlu əlamətlərin olduğunu bəyan etmişdi.
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə endirilən zərbə zamanı İslam Respublikasının ali lideri Əli Xameneinin iqamətgahını vurub.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail baş naziri televiziya ilə yayımlanan müraciətində deyib.
“Bu gün səhər güclü və qəfil zərbə nəticəsində tiran Xameneinin bina kompleksini dağıtdıq”, – o bildirib.
B.Netanyahu əlavə edib ki, zərbə nəticəsində Xameneinin həlak olması ehtimalı var. “İranda diktatorun artıq olmaya biləcəyinə dair bütün əlamətlər mövcuddur”, – deyə o bildirib.
Qeyd edək ki, bu məlumat İran tərəfindən hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Mənbə: https://sonxeber.az/389043/netanyahu-xameneinin-olduyune-delalet-eden-meqamlar-var



