Məktəbə gedənlərin çanta yükünün azaldılması üçün təkliflər gərəkdir

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin 2025-ci il üzrə məruzəsində dərs vəsaitlərinin optimallaşdırılmasının nüsxələrinin azaldılması təklif olunub.
Sənəddə tədris proqramının çətinliyinin, dərs vəsaitlərinin və komplektlərinin çoxluğunun, xüsusən ibtidai siniflərdə təhsil alan şagirdlərin çantalarının artıq yüklənməsinə və nəticədə onların sağlamlıq vəziyyətinə, fiziki inkişafına mənfi təsir göstərdiyini nəzərə alaraq, tədris proqramının optimallaşdırılması, dərs materiallarından istifadənin yaxşılaşdırılması, rəqəmsal resurslardan istifadənin genişləndirilməsi və bununla bağlı təhsil müəssisələrində texniki bazanın gücləndirilməsi, şagirdlərin gündəlik istifadə etdikləri vəsaitləri məktəbdə saxlaya bilmələri üçün şərti otaqların təşkil olunması təklif olunub.
Mənbə: https://sonxeber.az/389037/ovladi-mektebe-gedenlerin-nezerine



