Ət İdxalını Azalma – Bazarın Son Vəziyyəti Nədir?

Azərbaycanda ət idxalının həcmi azalmağa başlayıb. Satıcıların sözlərinə görə, bu proses daxili istehsalın genişlənməsinə və xarici bazardakı qiymət dəyişikliyi ilə bağlıdır.
Hazırda yerli quzu 20 manat, dana əti isə 17 manatdır. Bu isə fermerlərə sərf elmir. Xaricdən gələn məhsul istər-istəməz bizim məhsulun qiymətin aşağı salır. Tələbat azalıb.
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, ət idxalının azalması bir neçə amillə bağlıdır:
“Daxili istehsalın artması, idxaldan asılılıq qismən azalıb. Bu isə bazarda yerli məhsulun payını çoxaldıb. 2025-ci ilin əvvəlindən etibarən ətin idxalında maraqlı şəkildə azalma müşahidə olunur və bu ötən il ərzində 18.8 faiz olub. Müvafiq tendensiya 2026-cı ilin yanvar ayında da qeydə alınıb. Yanvar ayında ət idxalı 10 faiz azalıb. Yəni, tələb və təşkil arasında disbalans var”.
Qeyd edək ki, ətin qiymətində müəyyən qədər ucuzlaşma olsa, tələbat daha çox olar. Çünki Azərbaycanda istehsal olunan ət bir çox ölkənin məhsullarından qat-qat keyfiyyətli və dadlıdır.
Mənbə: https://sonxeber.az/389032/etin-qiymeti-deyisir-bazardaki-son-veziyyet-necedir



