Latviya XİN rəhbəri: Ukrayna Avropa İttifaqına sürətli qoşulmağa hazır olmalıdır - Admenasi
Dunyada

Latviya XİN rəhbəri: Ukrayna Avropa İttifaqına sürətli qoşulmağa hazır olmalıdır

Avropa İttifaqı “güc vasitəsilə sülh” yanaşmasını dəstəkləyir və Rusiyaya davamlı təzyiqi Ukraynadakı müharibəyə son qoymaq üçün əsas hesab edir.

“Report” xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje “Azadlıq” radiosuna müsahibəsində bildirib.

“Güc vasitəsilə sülh” yanaşmasından danışarkən, o qeyd edib ki, bu, həm döyüş meydanında Ukraynaya dəstək, həm də sanksiyalar, tariflər və onların qarşısının alınmasına qarşı mübarizə deməkdir.

“Bu cür təzyiq Rusiyanı gəlir və texnologiyadan məhrum edir və onu sülhə doğru irəliləməyə məcbur edə bilər”, – deyə o qeyd edib.

Brajenin sözlərinə görə, hazırda Rusiya lideri Vladimir Putinin buna hazır olduğuna dair heç bir əlamət yoxdur, lakin təzyiq artdıqca bu əlamətlər ortaya çıxa bilər. O, həmçinin ABŞ-ın Moskvanın mövqeyinə təsir göstərə biləcəyinə ümid etdiyini bildirib.

Ukraynanın Aİ üzvlüyünə gəlincə nazir, Macarıstanın danışıqların başlanmasına mane olduğunu xatırladıb.

“Buna baxmayaraq, hazırlıqlar davam edir – Aİ qanunvericiliyinin tətbiqi, təsisatlar yaradılması və Kopenhagen meyarlarına cavab verilməsi. Məqsəd Ukraynanın mümkün qədər hazır olması və danışıqların rəsmi başlanğıcından sonra tez bir zamanda irəliləyə bilməsidir”.

Mənbə: https://sonxeber.az/388965/latviya-xin-rehberi-ukrayna-avropa-ittifaqina-suretli-qosulmaga-hazir-olmalidir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button