Şou biznes xəbərləri
Efir qadağası ilə bağlı iddialara İbrahim Borçalıdan reaksiya

Müğənni İbrahim Borçalı haqqında efir qadağası qoyulması ilə bağlı iddiaya cavab verib.
İ. Borçalı bu xəbərin yalan olduğunu bildirib:
“Biz əlaqə saxladıq, kimsə səhvliklə, ya da paxıllıqla adımı yazıb. Bizim onlara aidiyyatımız yoxdur. Ya bilə-bilə, ya da paxıllıqla ediblər. Biz 25 ildir efirdə öz adımızı, mədəniyyətimizi qoruya-qoruya gəlmişik”.
Qeyd edək ki, Manset.az saytı efir qadağası qoyulduğu iddia olunan müğənnilərlə bağlı siyahı yayımlayıb. (bizim.media)
Mənbə: https://sonxeber.az/388953/efir-qadagasi-ile-bagli-iddialara-ibrahim-borcalidan-reaksiya



