Zərərli vərdişlər beyində niyə qalır? – Mütəxəssis açıqladı

“Pəhriz vərdişləri yalnız nə yediyimizlə deyil, həm də nə zaman və niyə yediyimizlə bağlıdır”.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri rusiyalı diyetoloq-endokrinoloq Anna Ujeqova bildirib.
O qeyd edib ki, zərərli qida vərdişlərini yeni, faydalı vərdişlərlə əvəz etmək mümkündür.
“Bəzi vərdişlər uşaqlıqdan, hətta doğulmadan əvvəl formalaşır. Rüşeymin dad hissəcikləri ana bətnində 6-7-ci həftədə inkişaf edir və ananın qidasından gələn siqnallarla təsirlənir.
Yağlı, şirin və duzlu qidalar beyində zövq mərkəzini aktivləşdirir, dopamin və endorfin ifrazını artırır. Bu isə beyində müsbət siqnal yaradır, lakin zamanla dopamin reseptorları hissiyyatsızlaşır və eyni zövqü almaq üçün daha çox qida tələb olunur”, – deyə Ujeqova qeyd edib.
Diyetoloq vurğulayır ki, meyvələrdəki şəkər liflə birlikdə qana yavaş daxil olur, dopamin səviyyəsinin qəfil yüksəlməsinin qarşısını alır. Bu səbəbdən meyvələr əsas qida kimi qəbul edilməlidir.
Tədqiqatlar göstərir ki, meyvələrin də qəbul saatları var. Odur ki, vaxtsız və aşırı şəkərtərkibli meyvələr qəbul etmək də orqanizm üçün təhlükəlidir.
Mənbə: https://sonxeber.az/388948/zererli-verdisler-beyinde-niye-qalir-mutexessis-aciqladi



