Dunyada
KİV: Xameneinin, Əhmədinejadın və Pezeşkianın iqamətgahları raket zərbələrinə məruz qalıb

İranın Ali Lideri Əli Xameneinin sarayı tamamilə yerlə bir edilib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin “Channel 12” telekanalı məlumat yayıb.
Məlumata görə, hücum zamanı Xameneinin özü binada olmayıb.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın (2005-2013) Tehranın Nərmək rayonundakı iqamətgahı da İsrail qüvvələri tərəfindən atəşə tutulub. Şahidlərin sözlərinə görə, bina tamamilə dağılıb, yerində yalnız tüstülənən dağıntılar qalıb.



