İsmayıllıda iki nəfərin öldüyü qəzada yaralananların sağlamlıq DURUMU AÇIQLANDI

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar evə buraxılıblar.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumat verilib.
Məlumatda bildirilib ki, bu gün səhər saat 9 radələrində İsmayıllı rayonu ərazisindəki yol-nəqliyyat hadisəsi səbəbi ilə altı nəfər (üç kişi, üç qadın) İsmayıllı RMX-nin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
2Yaralılara bədənin müxtəlif nahiyələrinin açıq yaraları və küt travmaları, alt çənənin hematoması, oma sümüyünün sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, hadisə zamanı 1993-cü il (kişi) və 2002-ci il (qadın) təvəllüdlü şəxslərin həkiməqədər ölüm faktı qeydə alınıb”.



