İran daha beş ölkəyə RƏKƏTLƏR ATDI – VİDEO

İranın bölgədəki ABŞ bazalarına hücumları nəticəsində Bəhreyn, BƏƏ, Qətər, İordaniya və Səudiyyə Ərəbistanında çoxsaylı partlayışlar baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bəhreyndə bir neçə partlayış baş verdiyi bildirilib. Qətər hakimiyyəti isə İran raketini zərərsizləşdirdiyini açıqlayıb.
Bundan əlavə, İran BƏƏ-dəki Əl-Dəfra aviabazasına raket zərbələri endirib.
İranın İordaniyadakı ABŞ obyektlərinə hücum etməsi barədə də məlumatlar yayılıb. Partlayışlar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda da eşidilib.
Daha öncə xəbər verildiyi kimi, Qətər, BƏƏ, İraq və Bəhreyn artıq hava məkanlarını bağlayıblar.
Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Katz əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. “Aslanın nərəsi” adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ABŞ-nin da İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388904/iran-daha-bes-olkeye-raketler-atdi-video
Mənbə: https://sonxeber.az/388904/iran-daha-bes-olkeye-raketler-atdi-video



