Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən geri qayıtdı - Admenasi
Sosial

Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən geri qayıtdı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-021 nömrəli Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.

Bu barədə Sonxeber.az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına 12:24-də uğurla eniş edib.

AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.

Mənbə: https://sonxeber.az/388902/baki-tel-eviv-reysi-israil-hava-mekaninin-bagli-olmasi-sebebinden-geri-qayitdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button