Həkimin öldüyü xəstəxanadan- Açıqlama

Xəbər verdiyimiz kimi, Xəzər Tibb Mərkəzinin həkim-nəntoloqu 43 yaşlı Gülnarə Əkbərova cərrahi əməliyyatdan sonra vəfat edib.
Sonxeber.az Bizim.Media-yə istinadən xəbər verir ki, həyatını itirən həkimin bacısı Səkinə Əhədova Gülnarə Əkbərovanın həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edir.
Məlumata görə, həkim Gülnarə Əkbərova SAF Hospital-dan vəfat edib.
Həmçinin, onun onkoloji xəstəlikdən əziyyət çəkdikləri bildirilir.
Hadisə ilə bağlı sözügedən xəstəxanadan “Qafqazinfo”ğa bildirilir ki, 1983-cü il təvəllüdlü, onkoloji xəstəlikdən əziyyət çəkən pasiyent 25 fevral tarixində ağır vəziyyətdə digər tibb müəssisəsindən “SAF Hospital”a təxliyə olunub:
“Pasiyentin tənəffüsü traxeostom boru vasitəsilə süni tənəffüs aparatı (STA) ilə təmin edilirdi.
Qəbul zamanı traxeya və traxeostoma nahiyəsindən aktiv qanaxma müşahidə olunur.
Pasiyent hemodinamik cəhətdən kritik qeyri-stabil vəziyyətdə idi. Arterial təzyiq yüksək dozalı üçkomponentli inotrop dəstəyi ilə saxlanılırdı. Şüur səviyyəsi Glasgow Koma Şkalası üzrə 3 bal (GKS 3) olaraq qiymətləndirilirdi.
Qanaxmanın mənbəyini müəyyən etmək məqsədilə selektiv angioqrafiya müayinəsi icra edilmişdir. Angioqrafiya zamanı hər hansı cərrahi və ya digər invaziv müdaxilə aparılmayıb.
Müayinədən sonra pasiyent reanimasiya şöbəsinə köçürülürdü. Reanimasiya şöbəsində müşahidə zamanı qanaxma davam edirdi, sonradan qəfil və profuz xarakter alır. Təxminən 1500 ml həcmində massiv qan itkisi fonunda hemorragik şok inkişaf edir, arterial təzyiqin kəskin enməsi qeydə alınır.
Aparılan intensiv terapiya, yüksək dozalı vazopressor və inotrop dəstək, həmçinin transfuzion və perfuzion müalicəyə baxmayaraq, arterial təzyiqin stabilləşdirilməsi mümkün olmaz.
Massiv qanaxma və proqressivləşən hemorragik şok fonunda pasiyentdə kardiopulmonar fəaliyyətin dayanması baş verirdi. Aparılmış bütün reanimasion tədbirlərə baxmayaraq, bioloji ölüm qeydə alınırdı.
Mənbə: https://sonxeber.az/388889/hekimin-olduyu-xestexanadan-aciqlama



