Yanlış yerimə psixologiyanı pozur? - Rusiyalı həkimlərdən gözlənilməz açıqlama - Admenasi
Maraqli

Yanlış yerimə psixologiyanı pozur? – Rusiyalı həkimlərdən gözlənilməz açıqlama

Yanlış yerimə tərzi insanın psixi vəziyyətinə mənfi təsir göstərə bilər.

Oxu.Az bildirir ki, bu barədə rusiyalı mütəxəssis, “Podiatriya Liqası” tibb mərkəzləri və həkimlər assosiasiyasının direktoru Olqa Çijevskaya, həmçinin kinezioloq, fitoterapevt və pediatr Qriqori Krutov Lenta.ru nəşrinə müsahibələrində danışıblar.

Həkimlərin sözlərinə görə, hər addım zamanı onlarla oynaq, əzələ və sinir sisteminin koordinasiyaya cavabdeh çoxsaylı bölmələri sinxron şəkildə fəaliyyət göstərir. Ayaqlar dayaq funksiyasını düzgün yerinə yetirmədikdə, bədən bu çatışmazlığı kompensasiya etməyə məcbur qalır.

Nəticədə beyin tarazlığı qorumaq və hərəkəti koordinasiya etmək üçün əlavə resurslar sərf edir. Deformasiyaya uğramış ayaq əlavə əzələ qruplarını hərəkətə cəlb edir ki, bu da xroniki əzələ gərginliyinə və yorğunluğa səbəb olur. Belə vəziyyət mərkəzi sinir sisteminin həddindən artıq yüklənməsi ilə nəticələnə bilər.

Ayaqlarda ağırlıq hissi, bel ağrısı və daimi yorğunluq fonunda zamanla qıcıqlanma, narahatlıq, yuxu pozuntuları və digər psixoloji problemlər yarana bilər.

Mütəxəssislər qeyd edirlər ki, sağlamlığa zərər vuran yerimə tərzini dəyişmək mümkündür. Bunun üçün hərəkətlərin koordinasiyası üzərində işləmək və əzələlərin düzgün fəaliyyətini bərpa etmək vacibdir. Həkimlər podiatr qəbuluna yazılmağı və müvafiq diaqnostik müayinədən keçməyi tövsiyə edirlər. Zərurət olduqda, fərdi qaydada hazırlanmış tam təmaslı ayaq ortezləri təyin oluna bilər.

Mənbə: https://sonxeber.az/388866/yanlis-yerime-psixologiyani-pozur-rusiyali-hekimlerden-gozlenilmez-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button