Şou biznes xəbərləri
Xəstəxanandan evə qayıdan Ufuk Özkan – FOTO

Uzun müddətə səhhətində yaranan problemlərlə mübarizə aparan türkiyəli aktyor Ufuk Özkan orqan köçürülməsi əməliyyatından sonra uğurla xəstəxanadan evə qayıtdı.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, səhhətində ciddi problemlər səbəbindən müalicə alan aktyor əməliyyatdan sonra ailəsinin yanına döndü.
Ufuk Özkan sosial şəbəkə hesabında ailəsi ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq əməliyyatdan sonrakı vəziyyəti barədə məlumat verib. O, paylaşımında “Evə döndük. Çünki ən gözəl hekayə ailə ilə yazılır” sözlərini qeyd edib.
Mənbə: https://sonxeber.az/388882/xestexanadan-eve-buraxilan-aktyordan-ilk-paylasim-foto



