"Hakan Ustaa SHEFZadə" restoranı vergidən necə yayınır? - Admenasi
Sosial

“Hakan Ustaa SHEFZadə” restoranı vergidən necə yayınır?

20 Yanvar metrosu ətrafında fəaliyyət göstərən bəzi kafe və restoranlarda post erminalın olmaması ilə bağlı şikayətlər artmaqda.

XALQ-ın məlumatına görə, ölkədə vergidən yayınma üsullarından biri kimi ticarət, iaşə obyektlərində və restoranlarda post erminalın quraşdırılmaması halları göstərilir. Müştərilər hesabı ödəyərkən post erminalı tələb etdikdə onlara daha çox “kartdan-karta ötürmə edə bilərsiniz” cavabı verilir.

Post erminalın niyə olmadığı soruşulduqda isə müxtəlif bəhanələr səsləndirilir. Ən çox deyilən arqumentlər “obyekt yenidir”, “post erminal digər filialdadır” və ya “hazırda işləmir” kimi izahlarla məhdudlaşdır.

Bu hal xüsusilə 20 Yanvar dairəsi yaxınlığında yerləşən bəzi obyektlərdə müşahidə olunur. Məsələn, “Hakan Ustaa SHEFZadə” dönər restoranı və ona bitişik bir neçə iaşə məkanıda ödənişlərin əsasən kartdan-karta ötürmə yolu ilə qəbul edilir.

Məsələyə müxtəlif mövqelərə malik olan iddialar mövcuddur: bəzi obyekt sahibləri gündəlik dövriyyəni gizlətmək və vergi öhdəliklərindən yayınmaq üçün bu üsula üstünlük verə bilərlər.

Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, nağdsız ödənişlərin təşviqi və şəffaflığın təmin edilməsi məqsədilə bir çox sahibkarlıq subyektlərinin post erminaların yerləşdirilməsi tələbi var. Vətəninfo.az

Mənbə: https://sonxeber.az/388863/hakan-ustaa-shefzade-restorani-vergiden-nece-yayinir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button