Nigar Əkbərovaya dövlət qurumunda yüksək vəzifə verilib - Admenasi
Sosial

Nigar Əkbərovaya dövlət qurumunda yüksək vəzifə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Əməyin Mühafizəsi Mərkəzinə yeni departament direktoru təyin edilib.

Məlumata görə, Nigar Əkbərovaya Əməyin Mühafizəsi Mərkəzinin İnsan resurslarının idarə edilməsi və proseslərin təkmilləşdirilməsi departamentinin direktoru vəzifəsi həvalə olunub.

N.Əkbərov bu vəzifəsinə qədər, 2025-ci ildən Davamıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) törəmə cəmiyyəti olan “DOST İş Mərkəzi” MMC-də Monitorinq və Hüquq şöbəsinin müdiri vəzifəsini icra edib. Bundan başqa o, 2024-cü ildən 2025-ci ilə qədər “İcbari Sığorta Bürosu”nda çalışıb.

Mənbə: https://sonxeber.az/388821/nigar-ekberovaya-dovlet-qurumunda-yuksek-vezife-verildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button