Pensiya, müavinət və sosial yardım haqqında ŞAD XƏBƏR - Admenasi
Sosial

Pensiya, müavinət və sosial yardım haqqında ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bu məlumatdan əvvəl, fevralın 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, fevralın 20-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin fevral ayı üzrə pensiyaları ödənilib.

Mənbə: https://sonxeber.az/388817/pensiya-muavinet-ve-sosial-yardimla-bagli-sad-xeber

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button