Bəydən qızına elçi gələn atasın 500 min lirə tələbi tənqid edilib – VİDEO

Türkiyənin İzmir şəhərində keçən hadisələr sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yayılan video kadrlarda bir atası qızına elçi gələn bəy namizədi ilə qarşı-qarşıya əyləşərək 500 min türk lirəsi məbləğində maddi məsələ üzərindən danışıq aparır. Görüntülərdə evlilik prosesinin maliyyə bazarlığı mövzusuna çevrildiyi diqqət çəkir.
Video qısa müddətdə sosial mediada sürətlə yayılıb və çoxsaylı istifadəçilər tərəfindən tənqid edilib. Bəzi şəxslər evliliyin kommersiya razılaşması formasına salındığını bildirərək narazılıqlarını ifadə ediblər.
Görüntülərin yayılmasından sonra bir sıra sosial media istifadəçiləri Ailə və Sosial Xidmətlər Nazirliyini işarələyərək məsələ ilə bağlı tədbir görülməsinə çağırış ediblər.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hər hansı açıqlama verilməyib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388815/qizina-elci-gelen-beyden-500-min-pul-teleb-eden-ata-tenqid-edilir-video
Mənbə: https://sonxeber.az/388815/qizina-elci-gelen-beyden-500-min-pul-teleb-eden-ata-tenqid-edilir-video



