Marketdən alınan çörəyi suyun altına tutub, nəticə tükürpərdici! – VİDEO

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bir vətəndaş marketdən aldığı çörəklə ev şəraitində bişirilmiş çörək arasında “su testi” aparıb. O, hər iki çörəyi suyun altına tutaraq reaksiyasını müqayisə edib və həmin anları kamera ilə qeydə alıb.
Görüntülərdə ev çörəyinin suda qısa müddətdə yumşalaraq parçalandığı müşahidə olunur. Market çörəyinin isə uzun müddət suyun altında qalmasına baxmayaraq formasını qoruduğu, elastik – hətta plastikə bənzər quruluşa malik olduğu diqqət çəkib.
Video qısa zamanda geniş yayılaraq istifadəçilər arasında məhsulların tərkibi və keyfiyyəti ilə bağlı suallar doğurub. Bəzi sosial şəbəkə istifadəçiləri bunu çörəyin tərkibindəki qatqı maddələri ilə əlaqələndirsə də, məsələ ilə bağlı rəsmi qurumların açıqlaması yoxdur.
Mütəxəssislər bildirirlər ki, sənaye üsulu ilə istehsal olunan çörəklərdə teksturanı və saxlama müddətini artırmaq üçün müxtəlif texnoloji əlavələrdən istifadə oluna bilər. Lakin hər hansı məhsulun təhlükəli olub-olmaması yalnız laborator analizlərdən sonra dəqiq müəyyən edilə bilər.
Hazırda video ilə bağlı rəsmi araşdırma aparılıb-aparılmadığı məlum deyil.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388813/marketden-aldigi-coreyi-suyun-altina-tutdu-netice-tukurperdici-video
Mənbə: https://sonxeber.az/388813/marketden-aldigi-coreyi-suyun-altina-tutdu-netice-tukurperdici-video



