Qala qəsəbəsində avtomobil qatarla toqquşub - FOTOLAR - Admenasi
Sosial

Qala qəsəbəsində avtomobil qatarla toqquşub – FOTOLAR

Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. Sonxeber.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) bu barədə məlumat yayıb. Hədisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Şərait qiymətləndirildikdə müəyyən edilib ki, “Ford” markalı yük avtomobilinin hərəkətdə olan qatara çırpılması nəticəsində qəza baş verib və yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1981-ci il təvəllüdlü Rövşən Ədalət oğlu Soltanovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil verdilər. Hədisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Mənbə: https://sonxeber.az/388808/qala-qesebesinde-avtomobil-qatarla-toqqusub-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button