Britaniyanın keçmiş şahzadəsi Endryuya ən sevdiyi hobbisi qadağan edildi - Admenasi
Maraqli

Britaniyanın keçmiş şahzadəsi Endryuya ən sevdiyi hobbisi qadağan edildi

Böyük Britaniya Kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor ən sevdiyi hobbilərdən biri olan at üzərində gəzintidən məhrum edilib.

Bu barədə Oxu.Az “The Sun” nəşrinə istinadən məlumat verir.

Bildirilir ki, bu tövsiyə çox güman ki, kral ailəsinin müşaviri tərəfindən mənfi imicdən yayınmaq məqsədilə verilib.

Nəşrin mənbəsi əlavə edib ki, Endryuya qoyulmuş bu qadağa onun ötən həftə saxlanılmasında sonra tətbiq olunub. Hazırda keçmiş şahzadənin yaşadığı Şərqi İngiltərədəki Sandrinqem mülkü ciddi jurnalist nəzarəti altındadır.

Xatırladaq ki, Endryu Mauntbatten-Vindzor fevralın 19-da vəzifəsindən sui-istifadə etmək şübhəsi ilə saxlanılıb. Versiyalardan biri onun dövlət sirlərini amerikalı maliyyəçi Ceffri Epşteynə açıqladığı yönündədir. Hazırda Endryu ölkəni tərk etməmək barədə yazılı öhdəliklə azadlığa buraxılıb.

Mənbə: https://sonxeber.az/388781/britaniyanin-kecmis-sahzadesi-endryuya-en-sevdiyi-hobbisi-qadagan-edildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button