Məşhur güləşçi oyun zamanı rəqibi ilə foto çəkdirən qadını təpiklədi - Admenasi
Maraqli

Məşhur güləşçi oyun zamanı rəqibi ilə foto çəkdirən qadını təpiklədi

ABŞ-ın New York City şəhərində keçirilən House of Glory adlı güləş təşkilatında gözlənilməz hadisə baş verib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, matç zamanı rinq kənarında əyləşən qadın tamaşaçı, güləşçi Charles Mason tərəfindən üz nahiyəsindən təpik zərbəsi alıb. Hadisə anı arenada olan digər tamaşaçılar və qarşılaşmanı şərh edən aparıcılar tərəfindən böyük təəccüblə qarşılanıb.

Baş verən insident qısa müddətdə zaldakıların diqqət mərkəzinə çevrilib. Sosial şəbəkələrdə yayılan görüntülər isə hadisənin geniş müzakirələrə səbəb olmasına gətirib çıxarıb.

Sonrada məlum olub ki, hadisəyə səbəb həmin qadının güləşçinin rəqibi ilə şəkil çəkdirməsi olub.

Hadisə ilə bağlı təşkilatçılar tərəfindən rəsmi açıqlama verilib-verilmədiyi hələlik məlum deyil. Araşdırmaların aparıldığı bildirilir.

Mənbə: https://sonxeber.az/388789/meshur-gulesci-oyun-zamani-reqibi-ile-foto-cekdiren-qadini-tepikledi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button