Maraqli
Ronaldo İspaniya klubuna ortaq oldu

Portuqaliyalı hücumçu, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo “Almeriya” futbol klubunun səhmlərinin 25 faizini alıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, sövdələşmə “CR7 Sports Investments” şirkəti vasitəsilə həyata keçirilib. Səhmlərin əsas paketi ötən ildən etibarən Məhəmməd Əl-Xereycinin Səudiyyə investisiya qrupuna məxsusdur.
Hazırda “Almeriya” Sequnda turnir cədvəlində üçüncü yeri tutur.
Mənbə: https://sonxeber.az/388765/ronaldo-ispaniya-klubuna-ortaq-oldu



