Dunyada
“8 müharibəni bitirdim” deyən Tramp zalda gələn reaksiyaya əsəbiləşdi – VİDEO

ABŞ Prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı diqqətçəkən hadisə ilə üzləşib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları liderinin indiyədək ən uzun “Birliyin Durumu” çıxışında söylədiyi sözlər zalda müzakirəyə səbəb olub.
Trampın “8 müharibəni bitirdim” ifadəsindən sonra demokratların əyləşdiyi sıradan gülüş səsləri eşidilib.
Bu reaksiyaya əsəbiləşən Tramp “Ah, nə qədər gülməlidir, elə deyilmi? Xəstə insanlarsınız” deyə cavab verib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388768/8-muharibeni-bitirdim-deyen-tramp-zalda-gelen-reaksiyaya-esebilesdi-video
Mənbə: https://sonxeber.az/388768/8-muharibeni-bitirdim-deyen-tramp-zalda-gelen-reaksiyaya-esebilesdi-video



