Gənclər arasında kitab oxuyub-oxunmadığın əsas səbəbi nədir?

Gənclər arasında mütaliəyə maraq son illərdə tez-tez müzakirə edilir. Lakin məsələni sadəcə “gənclər dəyişib” kimi izah etmək düzgün deyil.
Sosial şəbəkələrdə qısa videolar, sürətli keçidlər və davamlı yenilənən məzmun beynə dopamin adlı “mükafat” kimyəvi maddəsinin tez-tez ifrazına səbəb olur.
Gənc psixoloq Q.Qədirli deyir ki: “Bu, gəncin intellektinin zəifləməsi demək deyil; sadəcə, beyin fərqli stimullaşdırma modelinə uyğunlaşır”.
İnsan beyni daha sürətli, daha asan və daha çox stimullaşdırıcı məlumatı seçməyə meyllidir. Müasir rəqəmsal mühit isə məhz bunu təklif edir.
Digər mühüm amil emosional yüklənmədir. Müasir gənclər informasiya bolluğu, sosial müqayisə və akademik təzyiqlə üz-üzədir.
Ailədaxili model də böyük rol oynayır. Uşaq və yeniyetmə davranışının əsasən müşahidə yolu ilə formalaşması böyük rol oynayır.
Burada vacib nöqtə budur: maraq tamamilə itmir, istiqamət dəyişir. Gənclər hekayəyə, məlumat almağa və yeni dünyalar kəşf etməyə maraqsız deyillər.
Bu, gənc psixoloqun fikrinə görə: “Kitab müzakirə mühiti, emosional bağ və real həyatla əlaqə quraraq təqdim olunarsa, maraq yenidən formalaşa bilər.”
Beyin plastiktir, yəni dəyişə bilir. Diqqət də məşq edilə bilən bir qabiliyyətdir.
Mənbə: https://sonxeber.az/388758/gencler-arasinda-kitaba-maraq-niye-azalib-aciqlama



