Anne, oğlunun məzarı başında ürəyi tutan vəfat edib - Admenasi
Hadise

Anne, oğlunun məzarı başında ürəyi tutan vəfat edib

Türkiyənin Bolu şəhərində baş verən faciəvi hadisə ictimaiyyəti bir daha sarsıdıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, on gün əvvəl 16 yaşlı oğlu Efe Kerem Konuku torpağa tapşıran Mine Konuk vəfat edib.

Məlumata görə, fevralın 14-də yeniyetmə yaşadığı evdə ölü tapılmış, daha sonra Kılıçarslan Mezarlığı qəbiristanlığında dəfn olunmuşdu. Gənc yaşda baş verən ölüm ailəni və yaxınlarını dərin kədərə qərq etmişdi.

Oğlunun qəfil itkisi ilə sarsılan ana Mine Konuk məzar ziyarəti zamanı halı pisləşib. Bildirilir ki, o, övladının qəbri başında ürəktutması keçirib. Əraziyə çağırılan təcili tibbi yardım briqadası tərəfindən ilkin müdaxilə göstərildikdən sonra o, xəstəxanaya çatdırılıb.

Vəziyyəti ağırlaşdığı üçün daha sonra Ankaraya göndərilən Mine Konuk reanimasiya şöbəsində müalicə alırdı. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ana və oğulun qısa zaman aralığında vəfat etməsi yaxınlarını və şəhər sakinlərini dərin hüznə boğub. Hadisə bölgədə böyük kədər doğurub.

Mənbə: https://sonxeber.az/388747/oglunun-mezari-basinda-ureyi-tutan-ana-vefat-edib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button