Idman
“Qarabağ” 1 milyon manat qazandı

“Qarabağ” futbol klubunun keçmiş hücumçusu Juninyo Olavio klubuna əlavə gəlir qazandı.
Sonxeber.az və İdmanxeber.az-a istinadən xəbərdar edir ki, buna səbəb “Flamenqo”nun uğurlarıdır.
29 yaşlı futbolçu Braziliya klubu ilə həm ölkə çempionu, həm də Libertadores Kubokunun qalibi olduqdan sonra “Qarabağ” təmsilçisinə iki titulun qarşılığı olaraq ümumilikdə 1 milyon manat (təxmini olaraq 500 min avro) ödənilib.
Xatırladaq ki, Juninyo bir il əvvəl 5 milyon avroya “Flamenqo”ya satılmışdı.
Mənbə: https://sonxeber.az/388738/juninyo-qarabaga-elave-1-milyon-qazandirdi



