34 il keçdi - Xocalı soyqırımından - Admenasi
Sosial

34 il keçdi – Xocalı soyqırımından

Sonxeber.az xatırladır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Erməni hərbi birləşmələri və keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini Ağdam istiqamətində hərəkət edib, Ermənilər dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına sonda qoyub, 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub, səkkiz ailə bütünlüklə məhv edilib. 25 uşaq valideynini, 130 uşaq isə valideynlərindən birdən itirib.

Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamanki siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

Azərbaycan Xocalı soyqırımının 34-cü ildönümünü artıq başını dik tutaraq yad edir. 1994-cü ildə Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 Fevral – Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul edib. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldılıb.

Heydər

Mənbə: https://sonxeber.az/388725/xocali-soyqirimindan-34-il-otur

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button