Vətəndaş işğaldan azad olunmuş ərazilərdə öz evini özü tikməlidir? - Admenasi
Sosial

Vətəndaş işğaldan azad olunmuş ərazilərdə öz evini özü tikməlidir?

Milli Məclisdə deputat Razi Nurullayev, işğaldan azad olunmuş ərazilərdə məcburi köçkünlərin öz evlərini özləri tikməsi təklifini irəli sürüb.

Deputat Razi Nurullayev: “Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır. Dövlət yol çəksin, su, işıq, qaz, internet, məktəb, xəstəxana yaratsın. Amma evlərin tikintisi mərhələli şəkildə, dövlətin nəzarəti və güzəştli mexanizmləri ilə vətəndaşın özünə verilsin. Köçkün öz evini özü tikəndə o torpağa daha çox bağlanır. Tikə-tikə ora öyrəşir, ətrafı tanıyır, dolanışıq yolu axtarır, qonşuluq münasibətləri formalaşır. Bu, psixoloji və sosial baxımdan da daha sağlam modeldir. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də qat-qat ucuz başa gəlir. Vətəndaş öz evini indiki qiymətlərdən iki dəfə daha ucuz məbləğə tikəcək.”

Sosioloq Mətanət Məmmədova: “Məncə, dövlətin bütün işləri təkbaşına üzərinə götürməsi həm onun yükünü artırır, həm də bəzi məsələlərin effektiv həllinə əngəl olur. İşğaldan azad olunmuş torpaqlarda infrastrukturun qurulması, məktəblərin açılması, səhiyyə müəssisələrinin bərpası kimi məsələlər dövlətin prioriteti olmalıdır. Amma evlərin tikilməsi məsələsi fərqlidir – bu, əsasən vətəndaşların üzərinə düşməlidir, dövlət yalnız nəzarət və dəstək rolunu oynamalıdır.

İnsan özü evinin təməlini qoyanda, hər kərpicini ucaltdıqda, oranın dəyərini və önəmini anlayacaq. Dövlət bir kənd və ya şəhər salanda bütün evlər eyni olur, sıradan görünür. Mən isə istərdim ki, işğaldan azad olunmuş ərazilərdə evlər insanların öz arzularına uyğun şəkildə tikilsin. Belə olduqda əvvəlki kənd ab-havası bərpa olunar, evlər bir-birinə bənzəməz, bəsit görüntü aradan qalxar və ərazi daha canlı görünər. İndiki layihələr isə çox vaxt qaçqın düşərgələrini xatırladır – eyni tipli evlər, oxşar həyətlər, monoton görünüş. İnsanlar öz evlərini tiksələr, orada həyat daha təbii və fərdi olacaq.”

Sosioloq Mətanət Məmmədova: “Əslində bu yanaşma həm vətəndaşa, həm də dövlətə fayda gətirir. Vətəndaş öz evini, həyətini, məkanını quraraq aidiyyət hissini gücləndirir, dövlət isə böyük layihələrə fokuslana bilər. Mən bu fikirlə tam razıyam – işğaldan azad olunmuş torpaqlara qayıdan vətəndaşlar öz evlərini özləri tikməlidir. Bu həm dövlətə dəstək olacaq, həm də vətəndaşların oraya bağlığını artıracaq, həm də iqtisadi həyatı canlandıracaq.”

Sosioloq Mətanət Məmmədova: “Əsas mesaj budur: dövlət və vətəndaş əl-ələ verməli, hər birinin rolu düzgün müəyyən edilməlidir ki, həm torpaqlar bərpa olunsun, həm də regionlarda davamlı inkişaf təmin edilsin.”

Mənbə: https://sonxeber.az/388696/vetendas-isgaldan-azad-olunmus-erazilerde-oz-evini-ozu-tikmelidir-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button