Ramazanda diqqətə çarpacaq görüntülər və ərzaq israfı

Sultangazi rayonunda Ramazanda qeydə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Sonxeber.az türk mətbuatına istinadən xəbər verir ki, yerə atılmış pideləri görən bir vətəndaş vəziyyətə etiraz edərək həmin anları mobil telefonu ilə lentə alıb. O, görüntüləri çəkərkən “İsraf edirlər. Buna baxın! Görürsünüz? Mən də itlərimi gətirdim” sözləri ilə narazılığını ifadə edib.
Ramazanda çəkildiyi bildirilən kadrların yayılmasından sonra ölkədə ərzaq israfı məsələsi yenidən gündəmə gəlib. Aparılan araşdırmalara görə, Türkiyədə hər gün təxminən 5 milyon ədəd çörək tullantıya atılır.
Mütəxəssislər xüsusilə Ramazanda çörək və un məmulatlarının normadan artıq alınmasının israfı artırdığını bildirirlər.
Mövzu ilə bağlı sosial şəbəkələrdə fərqli fikirlər səsləndirilib, vətəndaşlar ərzaq israfının qarşısının alınması üçün daha ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388683/ramazan-ayinda-diqqet-ceken-goruntuler-video
Mənbə: https://sonxeber.az/388683/ramazan-ayinda-diqqet-ceken-goruntuler-video



