Sosial
Şeyxin oğlu vəzifəsindən azad edildi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “QSC İdarə Heyətinin” sədri Əfqan Cəlilovun müvafiq Əmri ilə Məhəmməd Paşazadə sədrin müşaviri vəzifəsindən azad olunub.
Sonxeber.az Manset.az-a istinadən xəbər verir ki, Məhəmməd Paşazadənin mövqeyi bir neçə gün əvvəl alınmış qərardan sonra azad olunub.
Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğludur.
Mənbə: https://sonxeber.az/388677/seyxin-oglu-vezifesinden-azad-edildi


