Məşhur blogerdən dəhşətə gətirən tövsiyyə: "Alt paltarlarınzı kofe aparatında yuyun" - VİDEO - Admenasi
Maraqli

Məşhur blogerdən dəhşətə gətirən tövsiyyə: “Alt paltarlarınzı kofe aparatında yuyun” – VİDEO

Sosial mediada səyahət tövsiyələri ilə tanınan kontent yaradıcısı və fitnes məşqçisi Tara Woodcox paylaşdığı video ilə beynəlxalq miqyasda gigiyena müzakirəsi başladıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, fenomen TikTok hesabında yayımladığı videoda səyahət zamanı kifayət qədər ehtiyat alt paltarı olmayan izləyiciləri üçün “həyat qurtaran üsul” təqdim edib. Woodcox hotel otaqlarındakı qəhvə aparatlarının qəhvə bölməsinə çirkli alt geyimi yerləşdirib “dəmləmə” düyməsini sıxmağı tövsiyə edib.

Videoda üsulu izah edən fenomen bildirib ki, “Qapağı bağlayırsınız, düyməni basırsınız və içindən qaynar su keçir. Beləliklə geyinə biləcəyiniz daha təmiz alt geyiminiz olur. Sonra qurudmaq üçün fen istifadə edə bilərsiniz.”

Qısa müddətdə yüz minlərlə baxış toplayan paylaşım sosial şəbəkələrdə ciddi tənqidlərə səbəb olub. Bir çox istifadəçi bu üsulu “iyrənc” və “qəbuledilməz” adlandırıb. Şərhlərdən birində “Artıq hotel otağında qəhvə aparatı görəndə, içində kiminsə alt paltarı yuyub-yumadığını düşünmək məcburiyyətində qalacağam” ifadəsi yer alıb.

Gələn çoxsaylı reaksiyalar və elektron məktublardan sonra Woodcox Instagram hesabında açıqlama verərək bu üsulu əslində heç vaxt tətbiq etmədiyini iddia edib. O, videonun zarafat məqsədli olduğunu və bu ideyanı bir dostundan eşitdiyini bildirib. Eyni zamanda, paylaşımı insanların hotel qəhvə aparatlarından niyə istifadə etməməli olduqlarına diqqət çəkmək üçün etdiyini irəli sürüb.

Hadisə sosial mediada məsuliyyət, gigiyena və kontent istehsalçılarının təsir gücü ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/388662/meshur-blogerden-dehsete-getiren-tovsiyye-alt-paltarlarinzi-kofe-aparatinda-yuyun-video

Mənbə: https://sonxeber.az/388662/meshur-blogerden-dehsete-getiren-tovsiyye-alt-paltarlarinzi-kofe-aparatinda-yuyun-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button