Həyat yoldaşı ilə fotosuna “Bir vaxtlar bacımın əri idi” qeydini yazan qadın mübahisəyə səbəb oldu

Sosial mediada bir qadının həyat yoldaşı ilə bağlı etdiyi paylaşım geniş müzakirələrə səbəb olub.
Sosxeber.az, türk mediasına istinadən xəbər verir ki, qadın həyat yoldaşı və övladı ilə birlikdə çəkilmiş fotosunu “Bu mənim bacımın əri Həmdi. Yəni bir vaxtlar elə idi” qeydi ilə paylaşıb. Qısa müddət ərzində paylaşım minlərlə baxış və şərh toplayaraq sosial şəbəkələrdə gündəmə çevrilib.
İstifadə olunan ifadə və məzmun bir çox istifadəçi tərəfindən tənqid olunub. Şərhlərdə “Bu gün də kiminsə yerinə utandıq”, “Əxlaqi və ictimai dəyərlərin pozulması budur”, “Belə bir hal olsa insan utancından yerə girər, amma bunu fəxrlə paylaşırlar”, “Normallaşdırılmamalıdır” kimi fikirlər səsləndirilib. Bəzi istifadəçilər isə paylaşımı məşhur serial səhnələrinə bənzədərək ironik münasibət bildiriblər.
Müzakirələr əsasən ailə münasibətləri, ictimai dəyərlər və sosial mediada sərhədlər mövzusu ətrafında cəmləşib. Paylaşımın arxa planı ilə bağlı əlavə açıqlama verilməsə də, istifadə olunan ifadə müxtəlif yozumlara səbəb olub və məsələ qısa müddətdə ən çox danışılan mövzulardan birinə çevrilib.



