"Qarabağ"dan kimlər gedəcək? - 5 nəfər açıqlandı - Admenasi
Idman

“Qarabağ”dan kimlər gedəcək? – 5 nəfər açıqlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a uduzaraq (1:6, 2:3) avrokuboklarda çıxışını başa vuran “Qarabağ”ın hansı futbolçularla vidalaşacağı bəllidir.

Fanat.Az-nın əldə etdiyi məlumata görə, komandanın baş məşqçisi Qurban Qurbanov səviyyənin yüksəldilməsində israrlıdır və bu səbəbdən cari mövsümün sonunda heyətdə köklü dəyişikliklər etməyi planlaşdırır.

Yerli oyunçulardan mərkəz müdafiəçisi Bədavi Hüseynov karyerasını bitirəcəksə, bu mövsüm komandaya fayda verməyən hücumçu Ramil Şeydayevin müqaviləsi yenilənməyəcək.

Bir müddət öncə Çinə yollanmağa yaxın olan stopper Bəhlul Mustafazadənin gələcək taleyi hazırda qeyri-müəyyəndir. Zədə səbəbindən məşqlərə qatılmayan milli üzvü yeni çağırışları nəzərdən keçirməkdə, legioner həyatı yaşamaqda maraqlıdır.

Legionerlərə gəlincə, 53 yaşlı mütəxəssis Zaqreb “Dinamo”sundan cari mövsümün sonuna qədər icarəyə götürülən mərkəz müdafiəçisi Sami Mkayevin və dayaq yarımmüdafiəçisi Kris Kuakunun da komandada qalmasını vacib saymır.

Ağdam təmsilçisi hazırda idman intizamını pozduğu üçün əvəzedici komandaya göndərilən 29 yaşlı mərakeşlinin transfer hüquqlarına yiyələnməyə can atmayacaqsa, arzulanan performansla yadda qalmayan Kuakunun da yayda icarəyə veriləcəyi və ya satılacağı gözlənilir.

Xorvatiya əsilli almaniyalı qapıçı Fabian Buntiçin də yeni “futbol ili”nə “Qarabağ”da başlamaq ehtimalı çox azdır.

Yarımmüdafiəçi Marko Yankoviç və polşalı qolkiper Mateuş Koxalski isə rəsmi təklif gələcəyi halda, satılacaqlar.

Mənbə: https://sonxeber.az/388646/qarabagdan-kimler-gedecek-5-ad-aciqlandi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button