2050-ci ilə qədər yaşayanlar bu 8 texnoloji sıçrayışına şahid ola bilər - Admenasi
Dunyada

2050-ci ilə qədər yaşayanlar bu 8 texnoloji sıçrayışına şahid ola bilər

Texnologiya dünyası hər il yeni bir mərhələni geridə qoyur. Alimlər, startaplar və nəhəng şirkətlər bəşəriyyətin gələcəyini yenidən formalaşdıra biləcək layihələr üzərində çalışırlar.

Qaynarinfo xəbər verir ki, 2050-ci ilə qədər reallaşması mümkün hesab edilən bəzi yeniliklər gündəlik həyatdan qlobal iqtisadiyyata qədər bir çox sahəyə təsir göstərə bilər. Bəs, 2050-yə doğru uzanan yolda qarşımıza çıxa biləcək diqqətçəkən yeniliklər hansılardır?

Elm dünyası artıq yalnız hava proqnozu ilə kifayətlənmir; planetin tam rəqəmsal surətini yaratmağı hədəfləyir. “Rəqəmsal əkiz” adlandırılan bu yanaşma Yer kürəsinin atmosferindən okean axınlarına qədər bütün sistemlərini real vaxt rejimində məlumatlarla modelləşdirməyi nəzərdə tutur. Superkompüterlər və inkişaf etmiş simulyasiya sistemləri sayəsində qasırğa, sel və quraqlıq kimi təbii fəlakətlərin daha dəqiq proqnozlaşdırılması planlaşdırılır.

Bu model qüsursuz proqnoz vəd etməsə də, şəhərsalma və kənd təsərrüfatı da daxil olmaqla bir çox sahədə qərarvermə proseslərini gücləndirə bilər. İqlim böhranının təsirləri artdıqca, planetin rəqəmsal əksini yaratmaq bəşəriyyətin ən mühüm müdafiə alətlərindən birinə çevrilə bilər.

Laboratoriyada ət istehsalı artıq elmi fantastika deyil. Biofabrikasiya texnologiyası sayəsində heyvandan götürülən hüceyrələr nəzarətli mühitdə çoxaldılaraq real ət toxumasına çevrilə bilir. Üstəlik, bu üsul heyvan kəsimini aradan qaldırmaq potensialına malikdir.

Molekulyar səviyyədə real ətlə eyni quruluşa sahib bifştekslərin laboratoriyada yetişdirilməsi qida sənayesində böyük dönüş yarada bilər. Artan əhali, su istehlakı və karbon emissiyası nəzərə alındıqda, kultivasiya olunmuş ət dayanıqlı alternativ kimi ön plana çıxır. Yaxın illərdə market rəflərində daha geniş yayılması təəccüblü olmayacaq.

3. Hiper sürətli qatarlar təyyarələrin yerini ala bilər

Vakuum boru sistemləri daxilində hərəkət edən qatarlar saatda 1000 kilometrdən artıq sürətə çatmaq məqsədilə hazırlanır. Bu texnologiya qitələrarası olmasa da, qitədaxili uçuşlara alternativ təqdim edə bilər.

Hiper sürətli qatar layihələri səyahət müddətini kəskin şəkildə azaltmağı hədəfləyir. İstanbuldan Berlinə bir neçə saat ərzində çatmaq artıq xəyal olmaya bilər. Daha aşağı karbon emissiyası və şəhər mərkəzindən şəhər mərkəzinə birbaşa nəqliyyat imkanı bu sistemi aviasiyaya ciddi rəqibə çevirir.

4. Tüklü mamont yenidən Yer üzündə ola bilər

Minlərlə il əvvəl nəsli kəsilən tüklü mamontlar genetik mühəndislik tədqiqatları nəticəsində yenidən həyata qaytarıla bilər. Bəzi biotexnologiya şirkətləri mamont DNT-sini müasir fillərlə birləşdirərək soyuq iqlimə uyğun növ yaratmağı planlaşdırır.

Bu işlər yalnız bir növü geri qaytarmaq üçün deyil, həm də ekosistemləri bərpa etmək məqsədi daşıyır. Xüsusilə Sibirdə donmuş torpaqların qorunmasında mamontabənzər heyvanların rol oynaya biləcəyi müzakirə olunur. Layihə uğurla nəticələnsə, insanlıq ilk dəfə nəsli kəsilmiş iri bir canlını yenidən Yer üzünə qaytarmış olacaq.

5. Okeanlarda üzən şəhərlərdə yaşaya bilərik

Dəniz səviyyəsinin yüksəlməsi sahilyanı şəhərlər üçün ciddi təhlükə yaradır. Həll yolu kimi təklif olunan üzən şəhər konsepsiyaları okean üzərində müstəqil yaşayış məkanları qurmağı nəzərdə tutur.

Günəş panelləri, külək turbinləri və özünü təmin edən infrastruktur sistemləri ilə layihələndirilən bu şəhərlər həm dayanıqlı, həm də modul quruluş təqdim edir. Okean platformlarında yaşayış sahələri, kənd təsərrüfatı zonaları və enerji istehsalı bir arada planlaşdırıla bilər. Gələcəkdə bəzi ölkələrin alternativ məskunlaşma ərazilərini dəniz üzərində qurması təəccüblü olmayacaq.

6. “Ağıllı toz” səbəbindən məxfilik zəifləyə bilər

Toz zərrəsi ölçüsündə sensorlardan ibarət “ağıllı toz” anlayışı ətraf mühit məlumatlarını davamlı toplaya bilən mikrocihazları ifadə edir. Bu sensorlar hava keyfiyyətindən insan hərəkətlərinə qədər bir çox göstəricini real vaxtda izləyə bilər.

Texniki baxımdan böyük üstünlüklər təqdim edən bu sistemlər məxfiliklə bağlı müzakirələri də gücləndirir. Hər an ölçülən və qeydə alınan dünyada şəxsi məlumatların necə qorunacağı ciddi sual olaraq qalır. 2050-yə doğru texnoloji tərəqqi ilə fərdi hüquqlar arasındakı balans daha da həssas məsələ olacaq.

7. Heyvanlar ilə ünsiyyətə yeni yol açılır

Mənbə: https://sonxeber.az/388621/2050-ci-ile-qeder-yasayanlar-bu-8-texnoloji-sicrayisa-sahid-ola-biler

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button