Dunyada
Planetlərin paradı 28 fevralda başlayacaq

Fevralın 28-də axşam səmada ən maraqlı müşahidə baş tutacaq.
“Gölqaradır” xəbər verir ki, bu barədə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) öz saytında məlumat yayıb.
“Fevralın 28-də axşam səmasında bir deyil, iki deyil, altı planet görəcəyik. Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter gün batdıqdan az sonra peyda olacaq. Lakin əlverişli hava şəraitində yalnız dörd planet – Merkuri, Venera, Saturn və Yupiter adi gözlə görünəcək,” – məlumatda deyilir.
NASA aydınlaşdırıb ki, müşahidə etmək üçün optik alətlər tələb olunacaq ki, biz əsl planetlərin paradını görməyə baxmayaqda Uran və Neptunu da müşahidə edək.
Mənbə: https://sonxeber.az/388598/planetlerin-paradi-bu-tarixde-bas-tutacaq



