Əzbərləməkdən daha yaxşı metod: Alimlər yeni araşdırmanın nəticələrini açıqladılar

ABŞ alimləri əzbərlməkdən daha effektiv öyrənmə metodunu kəşf edib: əsas amil təkrarların sayı deyil, onların arasında olan gözləmə müddətləridir.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Neuroscience” jurnalında çap edilib.
Bir əsrədək hesab olunurdu ki, öyrənmə yığılma prinsipi ilə işləyir: siqnal nə qədər tez-tez üst-üstə düşürsə, əlaqə bir o qədər möhkəm formalaşır.
Lakin aparılan eksperimentlər göstərib ki, beyin təcrübəni fərqli qiymətləndirir – hadisələr arasındakı vaxtı nəzərə alır.
Müəlliflər hesab edirlər ki, nəticələr əzbərləmə ilə müqayisədə paylı öyrənmə üsulunun effektivliyini təsdiqləyir.
Qeyd olunur ki, həddən artıq tez-tez təkrarlar effekti azalda bilər. Ağlabatan müddətlər isə yaddaşın və vərdişlərin formalaşmasına təsirini gücləndirir.



