Çin alimləri popkorn dadası verməyi bacaran pomidor hazırlayıblar.

Oxu.Az xəbər verir ki, “Cənubi Çin Səhər Günlüyü” qəzeti müasir gen modifikasiya texnologiyalarından istifadə edərək popkorn dadası verməyi bacaran pomidor hazırlanmışdır.
Yeni növ Çin əyalətlərində olan “Xianghu” laboratoriyasının Biotehnologiya İnstitutunda yetişdirilib. Çin və Avstraliyadan olan alimlər qrupu elm dünyasında gen qayçısı kimi tanınan “CRISPR/Cas9” texnologiyasından istifadə edərək pomidorun DNT-sində dəqiq dəyişikliklər ediblər.
Alimlər pomidorun tərkibindəki aromatik birləşmələri yaradan iki xüsusi geni deaktiv etməyə nail olublar. Bu müdaxilədən sonra pomidorlar təzə kərə yağı ilə hazırlanmış popkornu və elit aromatik düyü növlərini xatırladan xarakterik bir qoxu yaymağa başlayıb.
Çin ildə 70 milyon tondan çox pomidor istehsal edir. Zaman keçdikcə, pomidorların dadı və ətri zəifləyir və istehlakçılar bunu hiss edirlər. Bu problemin həllini tapmaq üçün Çin mütəxəssislər pomidoru başqa bir məhsula bənzətməyi qərara alıblar.
Mənbə: https://sonxeber.az/388620/cin-alimleri-popkorn-dadi-veren-pomidor-hazirlayiblar



