Türkiyədə niyə Azərbaycan bayrağı SATILMIR? – VİDEO

Bakıda yaşayarkən Azərbaycanlı bəy və ailə quran türk bloqer Sevim, sosial şəbəkədə narazılığını bildirib:
Milli.Az xəbər verir ki, o, paylaşımında Türkiyədə Azərbaycan bayrağının satılmamasından şikayətlənib:
“Türkiyədəyəm. M.Ə.Rəsulzadənin məzarına gedərkən Azərbaycan bayrağı alıb getmək istədim. Bir neçə mağazaya baxdım. Heç birində tapa bilmədim. Dedilər ki, Turizm nazirliyinə gedin, orada verərərlər. Sual edirəm ki, niyə onların göstərdiyi dəyəri biz onlara qarşılıq verə bilmirik? Bəs qardaş deyilik? Azərbaycanda hər yerdə, müəssələrdə iki ölkənin bayrağı var. Çox hörmət edirlər. Tapıb almaq asandır. Bu vəziyyətə çox üzüldüm”.
Bloqerin bu etirafı sosial şəbəkələrdə geniş müzakirələr yaradır.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388631/turkiyede-niye-azerbaycan-bayragi-satilmir-video
Mənbə: https://sonxeber.az/388631/turkiyede-niye-azerbaycan-bayragi-satilmir-video



