KİCİK VƏ ORTA BIZNESIN İNKİŞAFI, İNVESTİSİYALARDAN VA İXRAÇIN TƏŞVIQİNİ DƏSTƏKLƏNMİŞ DƏRYADAR YENİDƏN TƏŞKİL OLUNUR - Admenasi
Sosial

KİCİK VƏ ORTA BIZNESIN İNKİŞAFI, İNVESTİSİYALARDAN VA İXRAÇIN TƏŞVIQİNİ DƏSTƏKLƏNMİŞ DƏRYADAR YENİDƏN TƏŞKİL OLUNUR

Prezident İlham Əliyev Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

Bununla bağlı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” publik hüquqi şəxs və “Azərbaycan Respublikasının İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO” publik hüquqi şəxs əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılır.

Agentliyi yaradan Fərmanda belə deyilir: “Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarının (qurumlarının) və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.”

Agentliyin işçilərinin say həddi cəmi 370 ştat vahidi, o cümlədən bununAparatının işçilərinin say həddi 291 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 79 ştat vahidi müəyyən edilir.

Mənbə: https://sonxeber.az/388638/kobia-ve-azpromo-yeniden-teskil-olunur-ferman

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button