Sosial
15 gündür itkindir – 26 yaşlı qadın tapılmayıb

Qafqazinfo xəbər verir ki, rayon sakini Mətanət Hüseynova 9 fevral-da rayonun Sərhədabad kəndindəki evdən çıxaraq naməlum istiqamətə gedib. O bir dəfə də geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, şəxsin itkin düşməsi ilə bağlı daxil olan məlumat üzrə axtarış elan edilib. Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Şəxsi görənlərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994) 55-248-17-33 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş edilir.
Mənbə: https://sonxeber.az/388627/26-yasli-qadin-15-gundur-itkindir-foto



